A

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi və onun nəzdində olan Debat Klubun birgə təşkilatçılığı ilə XXXVI daxili debat forumu başa çatıb.

Forumun final mərhələsində azərbaycan bölməsi üzrə təsdiqdə "Good bad ugly" (Nərmin Hüseynli, Zərifə Balacayeva, Nigar Tahirli), inkarda "Adamın Əlləri" (Fidan Əliyeva, Fatimə Umudova, Nihad Rəhimli), rus bölməsi üzrə isə təsdiqdə "Birincisi Salam" (Teymur Əliyev, Heyran Hacıyeva, Ülkər Əhmədova), inkarda "Legion" (Milana Əhmədova, Mikayıl Məmmədov, Məleykə Əbilova) komandaları qarşılaşıb.

Maraqlı keçən debatın qalibləri azərbaycan bölməsi üzrə "Good bad ugly", rus bölməsi üzrə isə "Birincisi Salam" olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay