UNEC-də Rus İqtisad Məktəbin direktor müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədovun “Dünya iqtisadiyyatının aktual problemləri və iqtisad elmi: real baxış” mövzusunda seminar keçirilib.
“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İB-nin sədri, Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi Aslan Əzimzadə mövzunun aktuallığından söz açaraq, tələbələrə seminarda fəal olmağı tövsiyə edib.
Sonra professor Elşad Məmmədov iqtisad elminin aktual problemləri, dünya iqtisadiyyatında baş verən problemlərə iqtisadi baxış və bütövlükdə real iqtisadi mənzərənin analizi istiqamətində çıxış edib.
Tələbə Elmi Cəmiyyəti və İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən seminarın sonunda tələbələrə sertifikatlar təqdim olunub. Fəal iştirak edən 4 tələbəyə kitab hədiyyə edilib.