Yelo Bankın nümayəndələri UNEC tələbələri ilə görüşüblər.
Bankın İnsan resursları departamentinin direktoru Nigar İbadzadə, Marketinq departamentinin direktoru Tofiq Ağayev, Mikro biznes müştərilər üzrə departamentinin direktor müavini Yusif Əliyev və İşə qəbul şöbəsinin mütəxəssisi Gülnar Seyidova tələbələrə Yelo Bankın karyera imkanları, təcrübəni proqramları barədə ətraflı məlumat veriblər.
Görüşdə tələbələr arasında müsabiqə də təşkil olunub. Müsabiqədə fəallığı ilə seçilən 9 tələbə Yelo Bankın ənənəvi yay təcrübə proqramında iştirak hüququ qazanıb.
Digər iştirakçılara isə müxtəlif hədiyyələr təqdim olunub.