A

Kollecin direktoru dosent Oruc Məmmədov çıxışında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə 15 iyun 1993-cü ildə dövlət rəhbərliyinə qayıdışının tarixi əhəmiyyətindən və Azərbaycan modelinin formalaşmasındakı misilsiz rolundan danışdı.

Oruc Məmmədov bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın strateji maraqlarını təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. O dönəmdə Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımların atılmağa başlanılmasını deyən Oruc Məmmədov 44 günlük Vətən müharibəsinin şanlı Zəfərindən, Prezident İlham Əliyevin liderlik nümunəsindən, Ordumuzun örnək şücaətindən və gənc nəslin vətənpərvərlik ruhundan danışıb.

UNEC rektorunun kolleclər üzrə məsləhətçisi professor Nuru Mikayılov Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasıdan, kollecin müəllimi Alı Əliyev Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay