UNEC in Zaqatala filialında Məzun Günü keçirilib.
Tədbirin açılışında Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra UNEC-in rektoru professor Ədalət Muradovun məzunlara təbrik məktubu səsləndirilib.
Filialın direktoru professor Orucəli Rzayev çıxış edərək, bu il məzun olan 220 tələbənitəbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Zaqatala rayon icra hakimiyyətinin humanitar işlər üzrə müavini Vəfa Süleymanova məzunlara rayon İH-nin başçısı Mübariz Əhmədzadənin təbrikini çatdırdıb. Filialin direktor müavini Həqiqət Qədimova, Zaqatala İqitisad Məktəbinin rəhbəri Babək Alıyev də məzun adını qazanmış gəncləri təbrik edərək, onlara vətəninə, xalqına layiqli övlad olmağı arzulayıblar.
Məzun günündə 44 günlük Vətən müharibəsində iştirak edən filial tələbələrinə göstərdikləri şücaətə görə Fəxri fərmanlar təqdim olunub. Həmçinin universiteti yüksək nəticə ilə bitirən və filialın ictimai həyatında fəal iştirak edən tələbələr təltif olunublar. Məzunlar çıxış edərək, tədris ili boyunca onlara qayğı ilə yanaşan müəllimlərinə, kollektivin hər bir üzvünə təşəkkürlərini bildiriblər.
Məzun Günü bədii hissə ilə davam edib.