A

UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Elşən İbrahimov şəhidlik zirvəsinə yüksəlib.

Şəhid Elşən İbrahimovun əziz xatirəsini hörmət və ehtiramla yad etmək üçün kollecdə tədbir keçirilib.

Tədbirdə kollecin direktoru dosent Oruc Məmmədov çıxış edərək, şəhid Elşən İbrahimovun qəhrəmanlıq nümunəsindən, Vətən sevgisindən, gənc nəsil üçün örnək olmasından danışıb.Oruc Məmmədov həmçinin Vətən müharibəsinin qələbə ilə başa çatmasında Ali Baş Komandan İlham Əliyevin liderlik məharətindən və Müzəffər Azərbaycan Ordusunun şücaətindən geniş söz açdı.

Kollecin TGT sədri Gülnur Qasımova şəhid Elşən İbrahimovun həyatı haqqında məlumat verib.

Tədbirin sonunda şəhid Elşən İbrahimova həsr olunan videoçarx nümayiş etdirilib.

Elşən İbrahimov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay