A

Oktyabrın 7-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin məzunu Süleyman Qarayevin anım günüdür.

Şəhid Süleyman Qarayevin anım günü münasibətilə Sabirabad rayonunun Qalaqayın kəndində ailə üzvləri ilə görüş keçirilib.

Görüşdə UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvü olan tələbələr də iştirak ediblər.

Daha sonra UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər. 

Allah rəhmət eləsin!

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay