A

UNEC-in məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Fərhad Fərhadlının ailəsi ilə UNEC-də görüş keçirilib.

İlk öncə şəhidin ailəsi ilə birlikdə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və fəal tələbələr UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin qarşısına gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

UNEC-in rektoru professor Ədalət Muradov şəhidin valideynləri ilə görüşərək, Fərhad kimi qəhrəmanların xatirəsinin universitetimiz tərəfindən daim əziz tutulacağını, onların valideynlərinin, ailələrinin hər zaman UNEC ailəsinin bir üzvü kimi, diqqət və qayğı ilə əhatə olunacağını deyib.

Sonra Ədalət Muradov Fərhad Fərhadlının diplomunu valideynlərinə təhvil verib.

Xatırladaq ki, Fərhad Fərhadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 20-də isə Cəbrayıl uğrunda gedən döyüşlərdə yaralı əsgərləri xilas edən zaman qəhrəmalıqla şəhid olub.

Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay