A

“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin və UNEC Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə tələbələrin Türkiyənin görkəmli iqtisadçısı, bir sıra iqtisadi kitabların müəllifi Dr. Mahfi Eğilmez ilə  görüşü keçirilib.

Görüşdə “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri Aslan Əzimzadə Mahfi Eğilmezin  tövsiyə etdiyi kitablar barədə məlumat verib.

Sonra Mahfi Eğilmez son illər ərzində dünya iqtisadiyyatında baş verən iqtisadi proseslərdən danışıb. Həmçinin tələbələrin Türkiyə iqtisadiyyatının müasir vəziyyəti, qlobal iqtisadi böhranlar, dünya iqtisadiyyatındakı inflyasiyanın strukturu və gələcək illərin iqtisadi durumu istiqamətində suallarını cavablandırıb.

TOP XƏBƏRLƏR