A

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbə təşkilatlarının birgə layihəsi çərçivəsində Zəfər Gününə həsr olunmuş “Zəfər” İntellektual Bilik Yarışı keçirilib.

Yarışda 15 komanda iştirak edib. Dekan müavini Ramal Cabbarov komanda üzvlərini yarışın şərtləri barədə məlumatlandırdıqdan sonra yarışa start verilib. Maraqlı və gərgin keçən bilik yarışında “İnformasiya təhlükəsizliyi” ixtisası 586-1 saylı qrupun tələbələrindən ibarət “Xocalı” komandası qalib olub.

II yeri “İnformasiya təhlükəsizliyi” ixtisası, 582 saylı qrupun “Şuşa” komandası, III yeri isə “Kompüter elmləri” ixtisası, 568 saylı qrupun “Hadrud” komandası qazanıb.

Qalib komandanın üzvlərinə sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay