A

UNEC və Böyük Britaniyanın Qrinviç Universitetinin birgə qalib olduğu “Creative Spark” layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetində təlim təşkil olunub.

Qrinviç Universitetinin (University of Greenwich) professoru Jithendran Kokkranikal tələbələrə sahibkarlıq fəaliyyəti, bazar araşdırmasının aparılması, biznes ideyaların reallaşdırılması, biznes “canvas” modelinin tətbiqi və s. barədə təlim keçib.

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarəolunması şöbəsinin müdiri Nərmin İbrahimova və şöbənin mütəxəssisi Rauf Məmmədov isə "Creative Spark" layihəsindən bəhs edərək, layihənin 7 ölkədə biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün 5 illik proqram olduğunu diqqətə çatdırıblar.

Təlimin ərzində gənclər qrup halında öz biznes ideyalarının müəyyənləşdirərək, təqdimat da ediblər.

TOP XƏBƏRLƏR