A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzinin nümayəndələri I kurs tələbələri ilə görüşüblər.

Görüşdə Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov, UNEC Dizayn Məktəbinin direktoru Lalə Məmmədova, Yaradıcılıq Mərkəzinin bədii-rəhbəri Əfsanə Məmmədova, eyni zamanda mərkəzin nəzdində fəaliyyət göstərən dərnəklərin qrup rəhbərləri də iştirak ediblər.

Elman Cəfərov tələbələrə mərkəzin fəaliyyəti, bədii dərnəklər, Radio UNEC barədə məlumat verərək, asudə vaxtlarını səmərəli keçirmələri, eləcə də yaradıcı  potensiallarını daha da inkişaf etdirmələri üçün onlara mərkəzə üzv olmalarını tövsiyə edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay