A

Türk Dünyası İqtisad Fakültəsində "İnsan resursları əməliyyatları" mövzusunda seminar keçirilib.

Seminarda dekan müavini Cavahirxanım Məmmədova, İqtisadiyyat və işlətmə kafedrasının müəllimləri Nəriman Xanəhmədov və Münəvvər Həsənli çıxış ediblər.

Tələbələrə bildirilib ki, seminar gənclərin insan resursları sahəsində biliklərinin daha da artırılması məqsədilə təşkil olunub. Seminarda işə qəbul və yerləşdirmə, qeydiyyat və işçilərlə əlaqələr, təlim və özünüinkişaf, testləşdirmənin təşkili barədə məlumat verilib, eləcə də şirkətdə işə qəbul prosesinin aparılması qaydaları izah olunub.

Mövzu ətrafında müzakirələrə aparılıb, tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay