A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC ) “UNEC Future Club” Tələbə Təşkilatının və “The Limitless Group” birgə təşkilatçılığı ilə “Xaricdə magistr təhsili: Amerika və Kanada” adlı infosessiya keçirilib.

Seminarda “The Limitless Group” direktoru Fəridə Yaqubova, “UNEC Future Club” Tələbə Təşkilatının sədri Murad Ələsgərli, Rəqəmsal iqtisadiyyat, Mühəndislik fakültələrinin və Dizayn məktəbinin tələbələri iştirak ediblər.

Tədbir zamanı Fəridə Yaqubova tələbələrə Amerika və Kanadada magistr təhsili üçün universitetlər, təqaüd proqramları, yaşam şərtləri barədə məlumat verib. 

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR