A

Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC Future Club” tələbə təşkilatının təşkilatçılığı ilə “Sağlam ruh” adlı psixologiya seansı keçirilib.

Seminarda psixoloq Elmir Əkbər, UNEC Future Club-ın sədri Murad Ələsgərli, təşkilatın fakültələr üzrə sədrləri, Rəqəmsal İqtisadiyyat, Mühəndislik fakültələrinin, Dizayn məktəbinin tələbələri iştirak ediblər.

Seminarda psixoloq Elmir Əkbər texniki fənlər üzrə tədris alan tələbələrə qarşılaşdıqları problemlərlə davranış üsullarından, sosiallaşmaq bacarıqlarından, insan analizi necə edilməli, ünsiyyət zamanı diqqət yetirilməli məqamlar barəsində məlumat verib.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay