Biznes və menecment fakültəsində gender bərabərliyinə həsr olunan maarifləndirici tədbir keçirilib.
Tədbirdə Biznes və logistika kafedrasının dosenti Gülnarə Əzizova Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsaslarından söz açıb. Gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik səviyyəsində qarşısının alınması üçün zəruri hüquqi bazanın Konstitusiyada əks olunduğunu diqqətə çatdırıb. Ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində qəbul olunmuş qərarların, eləcə də dövlət proqramlarının əhəmiyyətindən danışıb.