UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Maliyyə və mühasibat fakültəsi və SABAH Mərkəzinin tələbələri üçün PAŞA Həyat Sığorta şirkəti tərəfindən "Karyera məsləhət xidməti günləri" keçirilib.
PAŞA Həyat Sığorta şirkətinin İnsan resursları departamentinin əməkdaşları tələbələrə şirkətin fəaliyyəti, işə qəbul prosesi və hazırda mövcud olan vakansiyalar barədə məlumatlar veriblər. Həmçinin investment mühiti və investisiyaların idarəolunması prossesilərindən bəhs edən seminarlar və vörkşoplar da təşkil ediblər. İştirakçılarla "CV hazırlanması", "Peşəkar karyera quruculuğu", "Fərdi inkişaf" mövzularında müzakirələr aparblar