A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə “Vergi qanunvericiliyi” mövzusunda seminar keçirilib.

Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev seminarda çıxış edərək vergi orqanları tərəfindən təqdim edilən xidmətlər, onlardan yararlanmaq imkanları və vergi ödəyiciləri üçün nəzərdə tutulmuş tədbirlər barədə ictimaiyyətin məlumatlandırılmasının cəmiyyətdə vergi öhdəliklərinə əməl edilməsi istiqamətində dolğun təsəvvürlər yaratdığını bildirib. Strukturlaşdırılmış maarifləndirmənin dövlət-biznes münasibətlərində şəffaflığa dəstək verən və vergi mədəniyyətinin yüksəlməsinə təsir edən amillərdən biri olduğunu qeyd edib.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin baş müəllimi Tural Abbasov “Vergi qanunvericiliyi” mövzusunda təqdimatla çıxış edərək büdcə sistemi, vergi daxilolmalarının büdcə gəlirlərində rolu, vergi qanunvericiliyi və vergi sistemi, əmək münasibətlərinə nəzarət üzrə vergi inzibatçılığı, hüquqi şəxslərin qeydiyyatı sahəsində islahatlar, vergi ödəyicilərinin hüquq və vəzifələri barədə geniş məlumat verib, ölkədə aparılan iqtisadi islahatlara adekvat olaraq vergi qanunvericiliyində son dövrlərdə edilmiş dəyişikliklərin mühüm hissəsinin sahibkarların ictimai birlikləri ilə keçirilən görüşlərdə, eyni zamanda yazılı müraciətlərdə bildirilən təkliflər nəzərə alınmaqla həyata keçirildiyini diqqətə çatdırıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay