UNEC-də tələbələrin xarici dil üzrə Danışıq (Speaking) bacarıqlarının ilk dəfə olaraq qiymətləndirilməsi aparılıb.
Tədris üzrə prorektor Gəray Musayev, Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova, tələbə-rektor Cabbar Cəlilov, TGT sədri Mətləb Qarayev imtahanların gedişini müşahidə ediblər. Fərdi şəkildə keçirilən “Danışıq” imtahanlarında tələbələrin fikirlərini sərbəst və rahat şəkildə ifadə etdikləri və sualları cavablandırdıqları müşahidə olunub.
Xatırladaq ki, UNEC-də 2019/2020-сi tədris ilindən tətbiq olunan yeni standartlara əsasən, tələbələrə xarici dil (ingilis, alman, fransız, rus) “Dinləmə”, “Oxu”, “Yazı” və “Danışıq” bacarıqları üzrə tədris olunur. Bütün fakültələrdə tətbiq olunan yeni standartların məqsədi tələbələrin xarici dil səviyyələrini daha da artırmaq və xarici dildə araşdırma apara bilən yüksək ixtisaslı iqtisadçı tələbə və gənc tədqiqatçılar yetişdirməkdir.
Yeni standartların tətbiqi ilə bağlı ingilis dilinin dərslik, sillabus və imtahan sualları ixtisaslara uyğun olaraq hazırlanıb. Tələbələrin dinləmə-anlama qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə universitetin bütün tədris binalarında linqafon kabinetləri quraşdırılıb. Tələbələrin dil bilikləri üzrə bacarıqları beynəlxalq təcrübəyə əsasən qiymətləndirilir.