UNEC-in Zaqatala filialında Xocalı soyqırımının otuz birinci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir öncəsi Xocalı soyqırımı qurbanlarına həsr olunmuş sərgiyə baxış keçirilib. Sonra Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra filialın direktoru professor Orucəli Rzayev çıxış edərək, Xocalı soyqırımının Azərbaycanın tarixinə dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu, qəddarlığı və qeyri-insani cəza üsulları ilə insanlığa qarşı törədilmiş vəhşilik aktı olduğunu qeyd edib.
Daha sonra İqtisadiyyat və idarəetmə kafedrasının dosentləri Camal Arıxov,Qüdrət Qırtımov Xocalıda törədilmiş vəhşiliklərdən söz açıblar.
Tədbirin sonunda tələbələr Xocalı soyqırımına həsr olunmuş kompozisiyalarla çıxış etmiş və sənədli film nümayiş etdirilmişdir.