A

UNEC-in Türk Dünyası İqtisad fakültəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü, Gənclər və İdman Nazirliyi, AR Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və hüquqi dövlət” mövzusunda hüquq olimpiadasının qaliblərinin təltifolunma mərasimi keçirilib.

Fakültə dekanı Prof.Dr. Mehmet Yüce, Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova, AR Elm və Təhsil Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin nümayəndələri olimpiadada qalib olan 10 tələbəyə hədiyə və sertifikatlar təqdim ediblər.

Sonra Prof.Dr. Mehmet Yüce, fakültənin müəllimləri İmanqulu Muradzadə və Nəriman Xanəhmədov ümummilli lider Heydər Əliyevin zəngin həyat yolundan və Konstitusiyamızın tarixindən danışıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay