A

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində praktiki dərslər keçirilib.

"Rəqəmsal texnologiyalar və tətbiqi informatika" kafedrasının baş müəllimi Könül Mirzəmmədova və Bakı Kliniki Mərkəzin İnformasiya Texnologiyaları şöbəsinin baş İT mütəxəssisi Zamin Cavadovun iştirakı ilə təşkil olunan dərslərdə “Şəbəkə texnologiyalarına giriş”, “Kommunikasiya sistemlərinin arxitekturası”(Flipped education – çevrilmiş tədris metodu üzrə) dərslərində tələbələr şəbəkədə istifadə olunan koaksal, fiberoptik, STP, UTP kabelləri ilə tanış  olublar. Eləcə də onların texniki xarakteristikalarını tədqiq edərək, kabel testerləri vasitəsilə işləmə imkanlarını nəzərdən keçiriblər.

Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov praktiki dərsləri müşahidə edərək, bu tip dərslərin davamlı olaraq keçiriləcəyini bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay