A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi” adlı maarifləndirici seminar keçirilib.

Seminarı giriş sözü ilə fakültənin dekan müavini Cavahirxanım Məmmədova açaraq, tədbirin Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası çərçivəsində keçirildiyini bildirib.

Cavahirxanım Məmmədova ölkədə narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa və digər zərərli vərdişlərə qarşı görülən mübarizə tədbirlərindən danışıb, bu istiqamətdə görülən profilaktik işlər barədə geniş məruzə edib.

Tədbirdə universitetin tibb işçisi Aida Kərimova narkomaniyanı bütün əsrlərin ən dəhşətli bəlası adlandırıb, cəmiyyət üçün böyük təhlükəsindən danışıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay