Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində “Narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların və onların analoqlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda UNEC Hüquq şöbəsinin hüquq məsləhətçisi Mayis Sadıqov qanunvericilikdə narkotiklərin istifadəsi, saxlanılması və satılmasına görə nəzərdə tutulan cəza tədbirləri barədə danışıb. Mayis Sadıqov həmçinin gənc nəslin sağlamlığının qorunması sahəsində ölkəmizdə həyata keçirilən islahatlardan, dövlət qurumlarının bu sahədə apardığı mübarizədən, narkotik vasitələr və zərərli vərdişlərin insan həyatı və cəmiyyətimiz üçün fəsadlarından danışıb, gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıb.
Sonda tələbələrin sualları cavablandırılıb.