A

UNEC-in Erasmus+ mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Malaga Universitetinin professorları UNEC də mübadilədə iştirak edib.

Səfər çərçivəsində professorlar UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin müvafiq şöbələrinin, eləcə də Bloomberq laboratoriyası, 7/24 Kitabxana, Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin əməkdaşları ilə görüşərək, strukturların fəaliyyəti ilə yaxından tanış olublar. 

Görüş zamanı UNEC haqqında ümumi məlumatlar, beynəlxalq və ikili diplom proqramları, qazanılmış layihələr, eləcə də diferensial əmək haqqı sistemi, tədqiqat mərkəzləri üçün potensial əməkdaşlıq əlaqələri haqqında fikir mübadiləsi aparılıb. 

Sonda alimlərə sertifikatlar təqdim edilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay