A

İ.Arabayev adına Qırğız Dövlət Universitetinin rektoru, professor Aigul Abdraevanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC rektoru professor Ədalət Muradovla keçirilən görüşdə hər iki ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri barədə geniş məlumat mübadiləsi aparılıb. Qonaqlara Rəqəmsal UNEC modeli, beynəlxalq ikili diplom proqramları, tədrisin təşkili və universitetin strateji hədəfləri barədə ətraflı məlumat verilib.

Professor Aigul Abdraeva ötən ilin dekabr ayında UNEC nümayəndə heyətinin Qırğızıstana səfər etdiyini xatırladaraq, həmin görüşlərin iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib. O, xüsusilə UNEC-də tədrisin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən təcrübəni böyük maraqla qarşıladığını qeyd edib.

Görüşün sonunda iki universitet arasında əlaqələrin genişləndirilməsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.

Səfər çərçivəsində nümayəndə heyəti UNEC-in Ekstern Mərkəzində olaraq “EDUMAN” mərkəzləşdirilmiş təhsil idarəetmə sisteminin fəaliyyəti ilə yaxından tanış olub. Qonaqlara sistemin imkanları nümayiş etdirilib.

Daha sonra qonaqlar universitetin əsas tədris binasında yaradılmış müasir infrastruktur və tədris şəraiti ilə tanış olublar.

TOP XƏBƏRLƏR