Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İnnovativ Biznes-İnkubatorun birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb.
Müsabiqəyə 65 tələbə ümumilikdə 59 biznes ideya təqdim edib. Onların arasında UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Институт мировой экономики, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Xəzər və Qafqaz Universitetlərinin tələbələri var.
Ekspert Şurası müsabiqəyə təqdim edilən biznes ideyaların dəyərləndirilməsinə başlayıb. Nəticələr növbəti həftə açıqlanacaq.