İyunun 6-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsinin şəhidi Ağaəmi Heybətovun doğum günüdür.
Bu münasibətlə iyunun 4-də Türk Dünyası İqtisad fakültəsinin dekan müavini Cavahirxanım Məmmədova və “İqtisadiyyat və İşlətmə” kafedrasının müəllimləri Sahib Ramazanov, Əlabbas Azadov Xəzər rayonu Şəhidlər Xiyabanında şəhid Ağaəmi Heybətovun məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qeyd edək ki, şəhid Ağaəmi Heybətovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun adının baş hərflərini daşıyan AH-12,7 iriçaplı pulemyot hazırlanıb. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin məlumatına əsasən, bu pulemyot ilk dəfə SPECA ölkələrinin sərgisində nümayiş etdirilib və Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Ağaəmi Heybətovun xatirəsinə ithaf olunub.