A

UNEC Kitabxana-İnformasiya Mərkəzinə aprel-iyun ayları ərzində 148 nüsxə müxtəlif növ nəşrlər daxil olub.

Bunlardan Azərbaycan, türk, rus, ingilis, holland dillərində 114 nüsxə kitab, 11 nüsxəsini dissertasiyalar, 14 nüsxəsini avtoreferatlar, 9 nüsxəsini isə jurnallar təşkil edir.

Azərbaycan dilində nəşrlərdə dövlətçilik, siyasi tarix, Qarabağ mövzusu, iqtisadiyyat, idarəetmə, marketinq, informasiya texnologiyaları, mühəndislik, ədəbiyyat, mədəni irs və publisistika istiqamətləri yer alır. Türk dilində kitablar əsasən tarix, riyaziyyat, təhsil və beynəlxalq münasibətlərə, ingilis dilində nəşrlər isə qadın sahibkarlığı, liderlik, innovasiya və biznes mühitinə həsr olunub. Holland dilindəki kitablar tarix, Qarabağ araşdırmaları, Xocalı soyqırımı və müharibə tədqiqatlarını əhatə edir.

Yeni nəşrlər müəllim və tələbələr, tədqiqatçılar, iqtisadçılar, tarixçilər, eləcə də bədii ədəbiyyat və Qarabağ mövzularına maraq göstərən oxucular üçün nəzərdə tutulub.

Kitabları UNEC-in kitabxanalarından əldə etmək olar.

TOP XƏBƏRLƏR