A

UNEC-in Türk Dünyası İqtisad fakültəsinin məzun şəhidi Ağaəmi Heybətovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun adının baş hərflərini daşıyan AH-12,7 iriçaplı pulemyot hazırlanıb.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin məlumatına əsasən, pulemyot ilk dəfə SPECA ölkələrinin sərgisində nümayiş etdirilib və Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Ağaəmi Heybətovun xatirəsinə ithaf olunub.

Ağaəmi Heybətov 2020-ci ildə Vətən müharibəsində könüllü olaraq iştirak edib, döyüşlərdə böyük şücaət göstərərək 16 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

TOP XƏBƏRLƏR