A

İyulun 13-də UNEC-in İqtisadiyyat və İdarəetmə, Rəqəmsal İqtisadiyyat, Mühəndislik və UNEC Dizayn Məktəbində abituriyent və valideynlər üçün “Açıq qapı” günü keçirilib.

Dekanlar abituriyentlərə və valideynlərə təmsil etdikləri fakültələrdəki ixtisaslar, eləcə də tədris və imtahan prosesi, xüsusi təqaüd imkanları, ikili diplom, mübadilə və UDİD proqramları barədə ətraflı məlumat veriblər, onları maraqlandıran sualları cavablandırıblar.

Abituriyentlər üçün universitetdə infotur da təşkil olunub.

“Açıq qapı”da tədris binaları üzrə 100-dən çox abituriyent iştirak edib.

TOP XƏBƏRLƏR