A

UNEC-in Quba tədris, idman və istirahət kompleksində istirahət edən UNEC əməkdaşlarının və ailə üzvlərinin vaxtının səmərəli təşkili, eləcə də onların mütaliə mədəniyyətinin daha da yüksəldilməsi məqsədilə Kitabxana İnformasiya Mərkəzi tərəfindən “Asudə Vaxt” məkanı yaradılıb.

“Oxu mədəniyyəti” layihəsi çərçivəsində təşkil edilən məkanda oxuculara 400-ə yaxın müxtəlif mövzularda kitablar təqdim edilib.  

Yay günlərində UNEC əməkdaşlarının mədəni istirahətinin faydalı və səmərəli təşkili məqsədilə istirahət kompleksində “yay oxuları”nın təşkili də nəzərdə tutulub. Belə ki, hər həftə Azərbaycan və dünya ədəbiyyatı incilərindən seçilmiş əsərin birgə mütaliəsi təşkil ediləcək.

Yaradılan məkan ilk gündən istirahət edənlərin böyük marağına səbəb olub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay