A

UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının əməkdaşları və tələbələr Novruz Bayramı münasibətilə Sumqayıt Reabilitasiya Mərkəzində təşkil olunan bayram şənliyində iştirak ediblər.

Qarabağ müharibəsi qazilərinin reabilitasiya keçdiyi mərkəzdə təşkil olunan bayram tədbirində mərkəzin direktoru Pərvanə Hacıyeva tədbir iştirakçılarını salamlayaraq, onları Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov, kafedranın dosenti, UNEC Qadınlar Şurasının sədri Təranə Kərimova, dosent Fəridə Qurbanova və baş müəllim Nərgiz Əliyeva bu ilki Novruz bayramının bütöv Azərbaycanda keçiriləcəyinin, 30 ildən sonra yuvalarından didərgin salınmış insanların öz yurdlarında bayram tonqalı yandırmalarının əhəmiyyətindən danışıblar. Bu zəfərin xalqımıza ikiqat bayram sevinci yaşatdığını bildiriblər.

Sonra mərkəzin həyətdə qalanan tonqalın ətrafında milli rəqslər ifa edilib, Novruz adətlərindən olan yumurta döyüşdürülüb, xüsusi personajlar kosa və keçəl tədbirə xüsusi ovqat bəxş edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay