A

UNEC Dekanlar Şurasının növbəti iclası keçirilib.

İclasda rektor professor Ədalət Muradov, dekanlar, struktur rəhbərləri və tələbə təşkilatlarının rəhbərləri iştirak edirblər. Görüşdə tələbələrin ara qiymətləndirmə imtahanlarının təşkilinin vəziyyəti, dekanların fəaliyyətinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Müzakirələrdən sonra səlahiyyət müddəti bitmiş Dekanlar Şurasının ilk sədri, Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib. Rotasiya əsasında yeni sədrlik İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Elçin Eyvazova həvalə olunub.

Qeyd edək ki, UNEC Dekanlar Şurası dekanları vahid mərkəzdə birləşdirərək, fakültələrdəki yenilikləri bölüşmək və problemlərin müzakirəsini təşkil etmək məqsədilə yaradılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay