A

Türkiyənin İstanbul Universitetinin rektoru professor Osman Bülent Zülfikar UNEC-də olub.

UNEC rektoru professor Ədalət Muradovla görüşdə İstanbul Universitetinin rektoruna rəqəmsal UNEC-in təhsil imkanları, beynəlxalq reytinqlərdəki mövqeyi, beynəlxalq əlaqələri, elmi fəaliyyəti, tədris prosesi, elektron kitabxana resursları, differensial əmək haqqı sistemi və s. barədə ətraflı məlumat verilib.

Sonra hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətlərində fikir mübadiləsi aparılıb. UNEC ilə İstanbul Universiteti arasında doktorantura təhsili üzrə əməkdaşlığın qurulması, elektron kitabxana resurlarından birgə istifadə imkanları, müəllim və əməkdaşların təcrübə mübadiləsi və digər istiqamətlər üzrə ilkin razılıq əldə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay