A

İyunun 8-də UNEC-də yaz imtahan sessiyasının ilk “Açıq qapı” günü keçirilib.

UNEC rektoru professor Ədalət Muradov, UNEC İctimai Nəzarət Şurasının üzvlərindən millət vəkili Etibar Əliyev, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən “Açıq qapı”da tələbə, valideyn və əməkdaşların müraciətləri dinlənilib.

Müraciətlər diplomun alınması, akademik borcun ləğv edilməsi, təhsil haqqı borcu, əlavə balın verilməsi, ştat dəyişikliyi ilə bağlı olub. Hər bir müraciət dinlənildikdən sonra onların həlli istiqamətində struktur bölmə rəhbərlərinə tapşırıqlar verilib.

Qeyd edək ki, növbəti  “Açıq qapı” günü iyun ayının 22-də keçiriləcək.

TOP XƏBƏRLƏR