A

Özbəkistan Respublikasının Daşkənd, Səmərqənd, Buxara, Fərqanə, Əndican şəhərlərində “Təhsil və Peşə” adlı beynəlxalq təhsil sərgisi keçirilib.

Özbəkistan, Qazaxıstan, Türkiyə, Rusiya, Malta, Litva və digər ölkələrin dövlət və özəl ali təhsil müəssisələrinin qatıldığı sərgidə UNEC də təmsil olunub.

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Gültac Tahirli və “İqtisadiyyat və işlətmə” kafedrasının baş müəllimi Turan Əhmədov UNEC stendini ziyarət edənlərə universitetin təhsil imkanları və əcnəbi tələbələrin qəbulu ilə bağlı ətraflı məlumat veriblər. Sərgi çərçivəsində Özbəkistanın paytaxt və region üzrə abituriyentləri və tələbələri ilə görüşlər də keçirilib.

Sərgi iştirakçıları UNEC-in 4 dildə tədrisini, əcnəbi tələbələrin qəbulu prosedurunu, eləcə də tələbələr üçün yaradılmış imkanları müsbət dəyərləndiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay