A

Qazaxıstanın Almatı şəhərində QS Beynəlxalq Reyting Agentliyi tərəfindən “QS Higher Ed Pre- Summit: Asia Pacific 2024” sammiti keçirilib.

Sammitdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Sammit çərçivəsində rektor Ədalət Muradov Al-Farabi adına Qazaxıstan Milli Universitetinin rektoru professor Janseit Tuymebayev, Satbayev adına Qazaxıstan Milli Tədqiqat Texniki Univetsitetinin rektoru professor Meyram Beqentayev, “Narxoz” Universitetinin prezidenti professor Kanat Kojaxmet ilə görüşüb. Görüşdə universitetlər arasında əməkdaşlığa dair razılıq əldə olunub. UNEC rektoru, həmçinin, Özbəkistan, BƏƏ, Qırğızıstan, Qazaxıstan, İndoneziya və Yaponiyadan olan universitet rektorları ilə də görüşərək, əməkdaşlıqla bağlı müzakirələr aparıb.

“QS Higher Ed Pre-Summit: Asia Pacific 2024" sammitində UNEC rektoru prof.Ədalət Muradovla “Fireside Chat” təşkil edilib. Rektor tədbirdə QS Dayanıqlılıq Reytinqi, ali təhsil müəssisələrinin dayanıqlılığı baxımından COP29-dan gözləntilər və TÜRKÜNİB-in Türk Dünyası universitetlərinin əməkdaşlığındakə rolu haqqında maraqlı təqdimatla çıxış edib.

Prof.Ədalət Muradov QS nümayəndələri ilə beynəlxalq reytinqdə universitetlərin mövqeyinə təsir edən əsas amillərin gücləndirilməsinə dair fikir mübadiləsi də aparıb. O, QS reytinqində öndə olan universitetlərin təcrübəsinin öyrənilməsi və xarici universitetlərlə əməkdaşlığın genişləndirilməsi baxımından sammitin önəmli rol oynadığını bildirib.

QS-in regional direktoru Sergey Xristolyubovla görüş zamanı Azərbaycan universitetlərinin QS reytinqindəki yerləri barədə fikirlərini bölüşən Ədalət Muradov, ölkə universitetlərinin QS-dəki yerlərinin bu ali təhsil müəssisələrinin potensialından xeyli aşağı olduğunu xüsusilə vurğulayıb.

QS rəsmisi UNEC-in Azərbaycanın və bütövlükdə Qafqazın ali təhsil müəssisələri arasında məşğulluq və dayanıqlılıq üzrə lider olduğunu qürurverici adlandırıb.

Rektor sammit çərçivəsində QS nümayəndəsinə videomüsahibə də verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay