A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xarici Dillərin Tədrisi Mərkəzində Qarabağ Universitetinin nümayəndələri ilə hər iki ali təhsil müəssisəsinin rəhbər və akademik heyətinin iştirakı ilə əməkdaşlıq görüşü keçirilib.

Görüş zamanı hər iki ali təhsil müəssisəsində xarici dillərin tədrisi sahəsində tətbiq olunan yanaşmalar, tədris prosesinin təşkili və əldə olunan təcrübələr barədə müzakirələr aparılıb, qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib.

Tərəflər müəllim və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə layihələrin təşkili, eləcə də akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində perspektivləri müzakirə ediblər. Görüşdə ali təhsil müəssisələri arasında təcrübə mübadiləsinin tədrisin keyfiyyətinin yüksəldilməsinə və yeni əməkdaşlıq imkanlarının formalaşmasına mühüm töhfə verəcəyi vurğulanıb.

Sonda birgə təşəbbüslərin həyata keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində qarşılıqlı razılıq əldə olunub.

TOP XƏBƏRLƏR