A

“AWE Consulting” şirkətinin prezidenti və təsisçisi Tata Çolaria və şirkətin Azərbaycan üzrə baş direktoru Elmira Cavadova Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC rektoru ilə görüşdə Tata Çolaria təsisçisi olduğu şirkət barədə məlumat verib. Bildirib ki, “AWE Consulting” davamlı inkişafa, eləcə də sosial təsirə yönəlmiş regenerativ marketinq, qabaqcıl biznes strategiyalar və transformativ ideyalar üzrə ixtisaslaşmış qlobal konsaltinq şirkətidir.

Sonra tərəflər arasında ali təhsil müəssisələrində marketinq, kommunikasiya və innovasiya sahələrində təhsilin keyfiyyətinin artırılması, eləcə də bu istiqamətdə təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı müzakirələr ararılıb. Müzakirələrin nəticəsi olaraq, rektor Ədalət Muradov və Tata Çolaria arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumda universitet və konsaltinq şirkəti arasında akademik və peşəkar bilik mübadiləsi, marketinq və kommunikasiya sahəsində birgə təlimlərin təşkili, müəllim, əməkdaş və tələbələr üçün müxtəlif tədris və tədqiqat təşəbbüslərində iştirak imkanları, ömürboyu təhsil proqramlarının həyata keçirilməsi və s. nəzərdə tutulub. Eyni zamanda Philip Kotler tərəfindən təsis edilmiş Kotler Impact, Con Şoul tərəfindən təsis edilmiş Xidmət Keyfiyyəti İnstitutu (SQI), eləcə də Simon Sinekin Leo İnstitutu ilə birlikdə UNEC-də marketinq təhsilinin keyfiyyətinin ən müasir tələblər səviyyəsində təmin edilməsi əməkdaşlığın əsas hədəflərindən biri kimi müəyyən olunub.

TOP XƏBƏRLƏR