UNEC-də “Konfliktlərin idarə olunması və effektiv danışıqlar” mövzusunda təlim keçirilib.
UNEC Psixoloji Xidmət Mərkəzinin rəhbəri Şəfahət Abdullayevanın apardığı təlimdə əməkdaşlara konflikt anlayışı, onun yaranma səbəbləri, idarə olunma üsulları və danışıqlar prosesində effektiv kommunikasiya bacarıqları barədə ətraflı məlumat verilib.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında interaktiv müzakirələr aparılıb.