UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən dahi şairimiz Səməd Vurğunun 120 illik yubileyi münasibətilə ona həsr olunmuş videoçarx hazırlanıb.
Videoçarxda Maliyyə və mühasibat fakültəsinin tələbələri Rəfiqə Canıyeva və Hüseyn Seyidov şairin unudulmaz əsərlərindən olan “Azərbaycan” şeirinin misralarını səsləndiriblər.
Çəkilişlər UNEC-in əsas tədris binasında, Səməd Vurğunun Ev Muzeyində, eləcə də Fəxri Xiyabanda şairin məzarı önündə aparılıb.