A

UNEC Biznes Məktəbində 2017/2018-ci il üçün UNEC-UBİS ikili diplom proqramına qəbul başlayıb.

UNEC ilə İsveçrənin Cenevrə şəhərində yerləşən UBİS (University of Business and International Studies) Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin (BBTU) ikili magistr dərəcə proqramı aşağıdakı ixtisaslar üzrə həyata keçirilir.

- Biznesin idarə edilməsi üzrə magistr (BBTU MBA);

- Beynəlxalq əlaqələr üzrə magistr (MAIR);

- Bank işi və maliyyə üzrə magistr (MSBF).

UNEC-BBTU İkili Magistr Dərəcə Proqramı cəmi 15 fənn (48 ABŞ kreditinə ekvivalent), o cümlədən UBEC-də 10 fənn (30 ABŞ kreditinə ekvivalent), BBTU tərəfindən 5 fənn (15 ABŞ kreditinə ekvivalent) və 1 tədqiqat işindən (3 ABŞ kredirinə ekvivalent) ibarətdir. BBTU tərəfindən keçiriləcək beş fənnin dördü Bakıda (hər fənn 1-2 həftəlik formatda), biri isə Cenevrədə (1 həftəlik intensiv formatda) təşkil edilir.

Proqramda iştirak etmək istəyənlər UNEC-in əsas tədris binasında 416-cı otağa, proqram menecerlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, UNEC-UBİS ikili diplom proqramının növbəti məzunları proqramı uğurla başa vurub İsveçrənin UBİS universitetindən məzun olaraq, MBA diplomu ilə təltif ediliblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay