A

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə “Qərbi Azərbaycan qədim türk-oğuz yurdudur” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan kafedranın müdiri, professor Vəkil Həsənov bildirmişdir ki, qədim dövrlərdən Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, biz o torpaqlara qayıdacağıq.

Dosent Ramin Qurbanov mövzu ilə bağlı ətraflı məruzə ilə çıxış edərək Azərbaycan türklərinin öz doğma torpaqlarından deportasiya edilməsinin müxtəlif mərhələlərini təhlil edib. Eyni zamanda həmin ərazidə orta təhsil aldığı illərlə bağlı xatirələrini iştirakçılarla bölüşüb.

Professor Zakir Məmmədəliyev 30 yaşınadək Qərbi Azərbaycanda yaşadığını qeyd etmiş, həmin dövrdə Sovet dövləti və Ermənistan hökumətinin azərbaycanlılara qarşı apardığı ayrı-seçkilik siyasəti ilə bağlı fikirlərini səsləndirib.

Kafedranın əməkdaşları dosent Yusif Fərzəliyev və baş müəllim İbrahim Babayev də mövzu ilə bağlı çıxış edərək öz fikirlərini iştirakçılarla bölüşüblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay