A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat” kafedrasının dosenti, iqtisad elmləri namizədi Ələddin Hacılı vəfat edib.

Ələddin Hacılı 29 dekabr 1953-cü ildə Abşeron rayonunun Alti-Ağac kəndində anadan olub. O, 1974-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki UNEC) bitirib. 1979–1982-ci illərdə aspirantura təhsili alıb, 1985-ci ildə iqtisad elmləri namizədi elmi dərəcəsinə yiyələnib.

1993-cü ilə qədər Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. 1993–2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində “İqtisadiyyat və maliyyə siyasəti” şöbəsində referent, daha sonra “Beynəlxalq iqtisadi əlaqələr” şöbəsində böyük referent kimi fəaliyyət göstərib.

2001-ci ildən etibarən UNEC-də “İqtisadiyyatın dövlət tənzimlənməsi” və “İqtisadi hüquq” kafedralarında baş müəllim, 2021-ci ildən isə “İqtisadiyyat” kafedrasında dosent vəzifəsində çalışıb. O, 25-dən artıq elmi-metodiki əsərin müəllifidir.

Dosent Ələddin Hacılı 02 fevral 2026-cı il tarixində vəfat edib. Onun əziz xatirəsi onu tanıyanların, həmkarlarının və tələbələrinin qəlbində daim yaşayacaqdır.

UNEC rəhbərliyi və kollektivi mərhumun vəfatından dərin kədər hissi keçirdiklərini bildirir, ailəsinə və yaxınlarına başsağlığı verirlər.

Allah rəhmət eləsin.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay