UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) rəhbərliyi, əməkdaşları və tələbələri şəhid Eldar Əliyevin doğum günü münasibətilə onun məzarını ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.
Mərasimdə çıxış edənlər Eldar Əliyevin Vətən qarşısındakı fədakarlığından, döyüş yolunda göstərdiyi igidlikdən bəhs edərək, onun adının və xatirəsinin hər zaman qəlblərdə yaşayacağını vurğulayıblar. Fakültə kollektivi şəhidlərimizin keçdiyi şərəfli yolun gənclər üçün əsl vətənpərvərlik məktəbi olduğunu və bu irsin daim uca tutulacağını qeyd ediblər.