A

UNEC-də 17 noyabr - Milli Dirçəliş Günü ilə bağlı silsilə tədbirlər təşkil olunur.

Bu qəbildən olan növbəti tədbir UNEC-in Zaqatala filialında keçirilmişdir. Azərbaycan Respubilikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış tədbirdə filiial direktoru Orucəli Rzayev çıxış edərək kollektivi Milli Dirçəliş Günü ilə bağlı təbrik etmişdir. Çıxşında O.Rzayev bildirib ki, ermənilərin ölkəmizə qarşı torpaq iddialarına, erməni separatizminə, terroruna qarşı kütləvi xalq hərəkatı 1988-ci il noyabr ayının 17-də başlanmışdır. Silahlanmış erməni quldurları dinc əhalini müthiş bir amansızlıqla qətlə yetirir, vəhşiliklər törədirdilər. Bu hadisələrə etiraz olaraq xalqımız azadlıq meydanına axışaraq Sovet imperyasına qarşı etiraz səslərini qaldırmışdır. Tezliklə bu hərəkat milli azadlıq hərəkatına çevrildi. Bu hərəkatı dəf etmək üçün Sovet rejimi minlərlə azadlıq sevər insanı həbs etdirərək zindanlara saldırdı. 

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhərində dinc əhaliyə qarşı qətliam törədildi. Bu qanlı faciənin törədilməsinə qarşı etiraz əlaməti olaraq Ulu öndər Heydər Əliyev Moskva şəhərində yerləşən Azərbaycanın daimi nümayəndəliyənə gəldi və SSRİ hökümət başçılarının Bakıya qoşun yeridilməsi qərarını qeyri-insani, qeyri-demokratik və qeyri-konstitusyon hərəkat adlandırdı. Ulu öndər Heydər Əliyev tərəfindən ilk dəfə yanvar hadisəsinə siyasi qiymət verildi. O, bütün çətinliklərə və təzyiqlərə baxmayaraq Azərbaycan xalqının yanında oldu. 

Məhz Ulu öndər Heydər Əliyevin böyük təcrübəsi və iradəsilə Azərbaycan xalqı müstəqilliyinə qovuşmağa, qoruyub saxlamağa nail oldu. 

Bu gün ölkəmiz Azərbaycan Respubilikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək, dünya miqyasında söz sahibi olan dövlətə çevrilmişdir. 

Tədbirdə "Ümumi fənlər kafedrasının" baş müəllimi Rəsul Makayev "Tariximizin dönüş nöqtəsi" mövzusunda çıxış etmişdir. 

Tədbirdə tələbələr bədii məzmunlu çıxışlar etmişlər. 

Sonda Milli Dirçəliş Günü və eləcədə azadlıq uğrunda xalqın mübarizəsini əks etdirən vidio çarx nümayiş etdirilmişdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay