A

Bu gün rektor professor Ədalət Muradov UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru Anar Rzayevi kollektivə təqdim edib.

Ali məqsədimizin keyfiyyətli təhsil təqdim etmək olduğunu qeyd edən rektor, UNEC-in daim tədrisin təkmilləşdirilməsi  üzərində çalışdığını bildirdi. Bu sahədə A.Rzayevə müvafiq tapşırıqların verildiyini bildirən rektor, UNEC-də təhsil prosesinin təkmilləşdirilməsi məqsədi ilə bir sıra yeniliklərin həyata keçiriləcəyini qeyd etdi.

Təhsil naziri Ceyhun Bayramova Tədris və təlim üzrə prorektor olaraq A.Rzayevin təyinatını dəstəklədiyinə görə minnətdarlığını bildirən rektor A.Rzayevə fəaliyyətində uğurlar arzuladı. 

Rektor UNEC-də artıq tətbiq olunmuş müasir idarəçilik prinsiplərinin daha da genişləndiriləcəyini vurğuladı.

Qeyd edək ki, A.Rzayev bundan öncə UNEC-in Beynəlxalq İqtisadiyyat (İngilis dilli) kafedrasının müdir əvəzi, UNEC-in Beynəlxalq İqtisadiyyat məktəbinin direktoru və UNEC-in Beynəlxalq Əlaqələr və Proqramlar üzrə prorektoru vəzifələrində çalışmışdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay