A

Hörmətli müəllimlər və əməkdaşlar, əziz tələbələr!

Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Mənsubu olmaqdan qürur duyduğumuz UNEC ailəsi olaraq uğurlar, nailiyyətlər və fəxrli anlarla dolu 2018-ci ili yola salırıq. Ötən il ərzində səmərəli və əzmkar fəaliyyəti ilə universitetimizin adını yüksəldən, göstərilən etimadı layiqincə yerinə yetirən, təhsilə və elmə töhfə qazandıran hər kəsə təşəkkür edirəm. İnkişaf yolundakı birlik və yorulmaz zəhmətin qazandırdığı nailiyyətləri görmək böyük qürur hissi yaşadır.

Qarşıya qoyduğumuz strateji məqsədlərə nail olmaq üçün durmadan artan səylərimizlə 2019-cu ilin UNEC üçün daha səmərəli və uğurlarla zəngin dövr olacağına ümidimiz sonsuzdur.

UNEC-in dünya universitetləri sırasında layiqli mövqe tutmasına, tələbələrimizin parlaq gələcəyinin başlanğıcı adına uğurlarımızın çoxalması diləyilə bir daha hər birinizi təbrik edir, yeni ildə möhkəm cansağlığı, ailə səadəti və xoşbəxtlik arzulayıram!

Uğur daim sizinlə olsun!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay