A

Bu gün UNEC rektoru, professor Ədalət Muradovun iştirakı ilə növbəti “Açıq Qapı” günü keçirilib.

Ənənəvi olaraq hər həftə tələbələrin qəbulu ilə yanaşı, hər ayın ilk şənbə günü keçirilən “Açıq Qapı”da rektor, professor Ədalət Muradov hər bir müraciət etmiş vətəndaşı qəbul edir, qaldırılan məsələlər araşdırılır, həll edilməsi üçün zəruri tapşırıqlar cavablandırılır.

Cari “Açıq Qapı” günü rektor, professor Ədalət Muradov tərəfindən dinlənilmiş müraciətlər təqaüdün ödənilməsi, işlə təmin olunma, intizam qaydalarını pozmuş tələbələrə güzəşt edilməsi xahişi və digər məsələlərlə bağlı olmuşdur.

Qeyd edək ki, UNEC-də təkliflərin dinlənilməsi, şikayətlərin operativ araşdırılması və rektorun qəbuluna qeydiyyata düşmək üçün “Qaynar xətt” xidməti fəaliyyət göstərir. “Qaynar xətt” həftə içi hər gün saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir. Təkliflərin dinlənilməsi, şikayətlərin araşdırılması üçün: 1846-1-1, rektorun qəbuluna qeydiyyata alınmaq üçün: 1846-1-3 qısa nömrələrinə müraciət etmək olar.

Tələbələr onları maraqlandıran, həmçinin, sualları ünvanlamaq üçün UNEC-in Facebook səhifəsinə müraciət edə bilərlər. 

TOP XƏBƏRLƏR